Dağlar
Məğribdən məşriqə səf çəkif duruf,Qüdrətdən çəkilif baş-başa dağlar.İtaət boynuna həmayıl vuruf,Misli-pəsənd, xotkar, xan, paşa dağlar.
Ağ çeşmən sərinnən car eylər seli,
Yaşıl tirmə qurşar alaca beli,
Zabitə kölgəsi, Dağıstan yeli,
Sədrin səfaıdı həmişə dağlar.
Bəd illərdən satın aldın nəs günü,
Çağırıf dumanı, tökdün çiskini,
Gözü yaşlı qoydun cüda Miskini,
Eylə gülə-gülə tamaşa, dağlar.
Hiç yorum yok:
Yorum Gönder