yaşıldır yaşıl


Səhərin şöləsin buldum, bələndim, 
Yer üzünə gələn yaşıldır, yaşıl. 
Məhəmməd Nəbiyə gəldi bir xələt, 
Xələtin kəndisi yaşıldır, yaşıl. 

Həzrət Musa dedi, inanmadılar, 
Peyğəmbər söylədi inanmadılar, 
Haqqa, həqiqətə inanmadılar,
 Haqqın dörd bir yanı yaşıldır, yaşıl. 

Abdalın gözündən tökdürürsən yaş, 
Əhl-dil yolunda qurbandı bu baş, 
Cəbrayıl dəryadan gətirdi bir daş, 
Daşın içində bir qurd; 
Ağzında yarpağı yaşıldır, yaşıl. 

Hiç yorum yok:

Yorum Gönder