Tap


Könül, peykar olma hər yar-yoldaşa,
Cəhd elə, hər mərdin sən əlindən qap.
Mərdi mənzur edib, tutma namərdi,
Unut bivəfanı, sən vəfalı tap.

Ay ilə Gün gərdiş eylər, atışar,
Yey rəfiqlər bir-biriylə tapışar.
 Ruzi haradasa gələr, yetişər.
Həzəran ölkə gəz, hazır ölkə çap.

Abdal, gəl səcdə qıl, sığın Xudaya,
Verdiyin əməklər getməsin zaya,
Güvənmə varına, gülmə gədaya,
Yenə sığın haqqa, haqq tərəfin tap.

Hiç yorum yok:

Yorum Gönder