Ya bir Allah, ya Məhəmməd, ya Əli


Bir kəlam var Yaradandan pay alıb:
 ”Ya bir Allah, ya Məhəmməd, ya Əli”. 
Bu üç kəlmə yerdən göyə yol salıb, 
Ya bir Allah, ya Məhəmməd, ya Əli.

Yerin-göyün uzaqlığı yeddi qat, 
Halallıqdan yaranıbdır bu həyat. 
Yaxşıların imdadına yetiş, çat,
 Ya bir Allah, ya Məhəmməd, ya Əli. 

Bu dünyanın dərdi çoxdur, dözülməz,
 Bu dünyanın dərdi çoxdur, düzəlməz. 
Nə yaxşı ki, haqq incələr üzülməz, 
Ya bir Allah, ya Məhəmməd, ya Əli. 

Adəm oğlu acgöz deyil, toxdu-tox, 
Bu dünyanın şeytanları çoxdu-çox, 
Sizdən başqa köməyimiz yoxdu-yox 
Ya bir Allah, ya Məhəmməd, ya Əli.

 Haqq üstündə bərqərardır asiman,
 Haqq yolunun yolçusudur müsəlman. 
Miskin Abdal çağırıbdır hər zaman – 
Ya bir Allah, ya Məhəmməd, ya Əli. 

Hiç yorum yok:

Yorum Gönder