Getdi


Adəm oğlu, xəbdən oyan, bir eşit, 
Neçə milyon canlar var idi, getdi. 
Kim sürdü dünyada zövqü-səfanı, 
Kimlər ’’oxxay” deyib, yarıdı getdi.

 Gəl sənə söyləyim Əjdəri-Sandan, 
Babası Carcavar, o Nərimandan, 
Keykavus, İsgəndər, o Süleymandan, 
Onlar da bir iqlimdar idi, getdi.

 İqlimin şahıydı Həzrət Süleyman,
 Ədalətə pənah idi Nuşirəvan,
 Şıx oğlu İsmayıl – o, cənnət məkan 
Düşməz ələ o, bir yadigardı getdi. 

Abdal, bu sözləri qanana söylə,
 Tapsan bir ədalət divana söylə. 
Səxalılar yetər imana söylə, 
Əmsaxa dünyadan xar idi, getdi

Hiç yorum yok:

Yorum Gönder