Həqiqət yolunda budur nəsyətim,
Sözünü bilməyib deyəndən gen gəz.
Bilməz zərin, zər-zibanın qiymətin,
Sonradan tapıban geyəndən gen gəz.
Bir əyri, bir oğru olmaya eldə,
Söylənər dastandan, deyərlər dildə.
Xain əmanəti saxlamaz əldə,
Başını töhmətdə qoyandan gen gəz.
Abdal deyir: bu sözləri ədəbdə,
Gözüm qaldı gərdən bağı sədəfdə.
Mən də gedəm, qalam Şahi-Nəcəfdə,
Xörəyin bilməyib yeyəndən gen gəz.

Hiç yorum yok:
Yorum Gönder