sah ismayıl


Sən getdin hünərlə, gəldin zəfərlə, 
Qurtardın elləri yasdan, İsmayıl.
 Yolların bəzənsin xalıylа, zərlə, 
Adına yazılsın dastan, İsmayıl.

 Sən ki getməmişdin nişana, toya, 
Nərənə hay verdi hər dağ, hər qaya, 
Səni qeyrətinlə bu qoca dünya, 
Çəkirdi sınağa qəsdən, İsmayıl.

 Demə ki, Abdalın meydanı dardır, 
Qəlbinə Allahın sevgisi yardır, 
Qolunda pələngin qüvvəti vardır, 
Tülkü meydanında aslan İsmayıl. 

Hiç yorum yok:

Yorum Gönder