Veresen


Bahar olcaq dağlar olar gülüzar, 
İnsafdımı gülü xara verəsən?! 
Bülbül kimi həmdin zaya getməsin,
 Şah könlünü ahu-zara verəsən. 

Hər kim əgər şərdə şərri bilməsə,
 Göydə əfsəl qəzənfəri bilməsə, 
Hər kim ki, Əlini Vəli bilməsə,
 Onun başın zülfüqara verəsən.

 Qaraquş nanəcib heç gəlmir saya, 
Qızılquş laçındı payə və payə,
 Ruzimi verəsən o qarışqaya,
 Nə ki, laçın ovun sara verəsən.

 Qadir Mövlan nəzər salıb hər yana 
Fərq qoymayıb bəyə, xana, sultana. 
Abdal da sığınıb qadir Sübhana. 
Sən də meylin belə yara verəsən.

Hiç yorum yok:

Yorum Gönder